Çətin günlər keçirən Mahsun Kırmızıgül xəstəxanaya üz tutdu
Mahsun Kırmızıgül 2024-cü il dekabrın 6-da anası Faikə Bəzənciri itirib. Ardınca ögey anası Zühre Bəzəncirin vəfatı ilə böyük kədər yaşayan Kırmızıgül, 13 martda yaxın dostu Serşat Erbilginin ölümü ilə sarsılıb.
Patrulaz.az “Haberglobal”a istinadən xəbər verir ki, çox sevdiyi iki sənətçi – Edip Akbayram və Volkan Konakın vəfatından sonra Mahsun Kırmızıgül ürəyində çarpıntı hiss edərək dərhal xəstəxanaya üz tutub.
İstanbulda yerləşən xəstəxananın Kardiologiya Bölməsində aparılan müayinələr nəticəsində Kırmızıgülün analizlərinin təmiz olduğu müəyyən edilib.
Mahsun Kırmızıgül sosial media hesabında etdiyi paylaşımda belə yazıb: “İçim yanır, ard-arda gələn itkilər insanın ürəyini paramparça edir.”
Ləman Sərraf