Papa Fransiskə böyük hörmətsizlik!- Cənazəsi önündə selfi çəkdilər
Papa Fransisk 21 aprel 2025-ci il, Bazar ertəsi günü səhər saatlarında, Vatikan şəhərindəki Domus Sanctae Marthae rezidensiyasında 88 yaşında vəfat edib.
Patrulaz.az “SonDakika”ya istinadən xəbər verir ki, Papa Fransiskin cənazəsi 23 aprel tarixindən etibarən üç gün müddətində Vatikanın Müqəddəs Pyotr Bazilikasında ziyarətə açıq olub. Bu müddət ərzində on minlərlə insan onunla vidalaşmaq üçün saatlarla növbədə dayanıb.
Lakin bu matəm mərasimi zamanı bəzi ziyarətçilərin Papa Fransiskin açıq tabutu önündə selfi çəkməsi və bu görüntüləri sosial mediada paylaşması geniş tənqidlərə səbəb olub. Ziyarətçilərdən biri, Janine Venables, “Sistine Şapelin”də fotoşəkil çəkmənin qadağan olduğunu, lakin burada insanların tabut önündə selfi çəkdiyini bildirib.
Papa Fransiskin cənazə mərasimi 26 aprel 2025-ci il tarixində Müqəddəs Pyotr Meydanında keçiriləcək və dünyanın müxtəlif ölkələrindən liderlərin iştirakı gözlənilir. Onun vəsiyyətinə uyğun olaraq, dəfn mərasimi sadə şəkildə təşkil olunacaq və o, Roma şəhərindəki Santa Maria Maggiore Bazilikasında dəfn ediləcək.
Ləman Sərraf