Hindistanın Baş nazir Modi terror hücumundan sonra sərt çıxış etdi
Hindistanın Cammu və Kəşmir bölgəsində yerləşən Pahalgam şəhərində baş verən və azı 26 nəfərin həyatına son qoyan terror hücumundan iki gün sonra Baş nazir Narendra Modi qətiyyətli çıxış edib.
Patrulaz.az “The Hindu”ya istinadən xəbər verir ki, Modi Bihar ştatının Madhubani rayonunda keçirilən ictimai mitinqdə terrora qarşı sərt mesajlar verib. O, Hindistanın bu hücumun məsuliyyətini daşıyanları dünyanın ucqar nöqtələrinə qədər izləyib cəzalandıracağını bildirib:
“Bu gün buradan bütün dünyaya açıq mesaj verirəm – Hindistan hər bir terrorçunu və onların dəstəkçilərini müəyyən edib cavab verəcək. Onlar təsəvvür edə bilməyəcəkləri qədər cəzalandırılacaqlar”, – deyə baş nazir vurğulayıb.
Xatırladaq ki, Hindistanda məşhur turistiklik məkan olan Pahalgam şəhərinə silahlı şəxslərin hücumu ilə 26 nəfər həlak olmuşdu.
Gülbəniz Səfərova