media-img-20250617-wa0007

Ceyms Bond filmlərindəki gizli xidmətin qadın rəhbəri “M” obrazı gerçək oldu. 

Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, Böyük Britaniya, 116 illik xarici kəşfiyyat qurumu olan MI6-nın başına ilk dəfə bir qadın təyin etdi. MI6-nın yeni rəhbəri Bleyz Metreveli Yaxın Şərqdə illərlə “havadan nə baş verdiyini anlayan” biri kimi tanınır.

Böyük Britaniyanın Baş naziri Keir Starmer ölkənin “misli görünməmiş səviyyədə təhdidlərlə” üz-üzə olduğunu bildirərək, MI6-nın başına qurumun 116 illik tarixində ilk dəfə bir qadının gətirildiyini açıqladı. MI6-nın 18-ci rəhbəri olacaq 47 yaşlı Bleyz Metreveli Kembric Universitetinin antropologiya ixtisası üzrə məzunudur. Bu payız mövcud rəhbər Riçard Murun yerinə keçəcək Metreveli “C” kod adı ilə tanınacaq. Hazırda MI6-nın texnologiya və innovasiya üzrə rəhbəri – “Q” kimi tanınan baş direktor olan Metrevelinin kimliyi yeni vəzifəyə gətirildiyi üçün açıqlanıb.

Ləman Sərraf


Bənzər xəbərlər