Ceyranbatanda iki azyaşlının yaşadığı ev yanıb – Ailəyə təcili maddi yardım lazımdır - VİDEO
Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsində iki azyaşlının yaşadığı ev yanaraq yararsız hala düşüb.
Patrulaz.az-a daxil olan məlumata görə, hadisə barədə məlumat verən sakinlər bildiriblər ki, uşaqların atası dünyasını dəyişib, anası isə həbsdədir. Hazırda valideyn nəzarətindən məhrum qalan azyaşlılar himayəsiz vəziyyətdə qalıblar. Evdə baş verən yanğın nəticəsində ailənin yaşadığı məkan tamamilə yararsız hala düşüb.
“Onlar iki qardaşdır, valdeynsiz yaşayırdılar. Çünki, biri həbsdə, digəri isə dünyasını dəyişib. Evləri yandığı üçün çox çətin vəziyyətdədirlər. İndi onlara maddi dəstək lazımdır”, – deyə sakinlərdən biri bildirib.
Görüntülərdən də aydın olur ki, ev tamamilə yararsız hala düşüb, əşyalar isə istifadəyə yararsız vəziyyətdədir.
Qeyd edək ki, imkanlı şəxslərdən və aidiyyəti qurumlardan azyaşlılara yardım göstərilməsi xahiş olunur.
Gülbəniz Səfərova