ChatGBT-yə inanan cütlüyün tətil planı iflasa uğradı
Blogger Meri Kaldas və sevgilisi Puerto-Rikoya səfər planlayarkən ChatGPT-dən viza tələbləri barədə məlumat almağa qərar veriblər.
Patrulaz.az xəbər verir ki, süni intellekt cütlüyə vizaya ehtiyac olmadığını bildirib. Onlar da buna inanaraq ev sifariş edib, biletlərini alaraq hava limanına yollanıblar.
Lakin orada məlum olub ki, Puerto-Rikoya daxil olmaq üçün viza yox, sənəd lazımdır.
Baş verənlər nəticəsində ChatGPT-yə aldanan cütlük tətil planlarını ləğv etmək məcburiyyətində qalıb və səfərləri tamamilə uğursuz olub.
Qeyd edək ki, süni intellekt platformaları informasiya mənbəyi olsa da, rəsmi səfər və viza tələbləri üçün həmişə konsulluq və ya rəsmi saytlarla yoxlamaq tövsiyə olunur.






