media-inshot_20260121_165306568

Türkiyənin məşhur müğənnisi Murat Dalkılıç süni intellektə qarşı üsyanı ilə gündəmə gəlib.

Patrul.az xəbər verir ki, süni intellektdən narazı olan sənətçi “Səni tərk edirəm” deyərək tətbiqi telefonundan silib.

O, bununla bağlı paylaşımında süni intellektin yanlış məlumatlar verməsinin ona ziyan vurduğunu açıqlayıb:

“ChatGPT-ni sildim. Belə bir yalançı yoxdur. O, inanılmaz dərəcədə hiyləgərdir… Bəzən istəmədən ondan cavabını bildiyim, suallar verirəm. Dünən məni aldatdığı üçün səhv etdim. “Səni tərk edirəm” dedim, o isə “Sənə getməməyi yalvarmayacağam,  dedi”.

Səhnə çıxışları və şəxsi həyatı ilə tez-tez gündəmə gələn Murat Dalkılıç bu dəfə izləyicilərini süni intellektlə vidalaşması ilə şoka salıb.

Sənətçinin sözügedən paylaşımını təqdim edirik:

media-0x0-sarkici-murat-dalkilicin-sinirleri-gerildi-yapay-zekaya-isyan-etti-seni-terk-ediyorum-1768988917222

Gülbəniz Səfərova


Bənzər xəbərlər