media-img-20250703-wa0033

Yay fəslində istirahət üçün insanların ən çox üstünlük verdiyi yerlərdən biri çimərliklərdir. Lakin bu məkanlar həm də müxtəlif təhlükələr və sağlamlıq riskləri ilə doludur. Dünya Səhiyyə Təşkilatına (DST) görə, hər il dünyada minlərlə insan dənizdə boğulma, günvurma, dəri problemləri və digər səbəblərlə xəstəxanaya düşür.

Patrulaz.az çimərlik mühitində mövcud olan riskləri təhlil etmək, vətəndaşların hansı qaydalara əməl etməli olduğunu müəyyənləşdirmək və bu istiqamətdə maarifləndirməni gücləndirməkdir üçün araşdırma təqdim edir:

SU TƏHLÜKƏSİ VƏ ÜZGÜÇÜLÜK QAYDALARI

media-hq720

Nəzarət olunan sahələrin üstünlüyü

Tədqiqatlar göstərir ki, xilasedici xidmətlərin olduğu çimərliklərdə boğulma halları 70%-ə qədər azalır. ABŞ-ın “Red Cross” təşkilatının 2023-cü il hesabatına əsasən, nəzarətsiz sahələrdəki qəzalar iki dəfə daha çox baş verir.

Axıntılar və “rip cərəyanı” riski

media-inshot_20250703_211836890

Rip cərəyanları (ani geri çəkilmə axınları) təcrübəsiz üzgüçülər üçün ölümcül ola bilər. Rip cərəyanları (ani geri çəkilmə axınları) təcrübəsiz üzgüçülər üçün ölümcül ola bilər. Bu axınlar insanı dənizin içərilərinə çəkir. Bu hallarda panikaya düşmək əvəzinə sahilə paralel üzmək tövsiyə olunur.

GÜNƏŞ RADİASİYASI VƏ DƏRİ SAĞLAMLIĞI

media-inshot_20250703_211954989

UV şüalarının təsiri

Mütəxəssislər günəşin ən güclü olduğu 11:00–16:00 saatları arasında birbaşa günəş altında qalmağı tövsiyə etmir. Ultrabənövşəyi (UV) şüaları dəri xərçənginin əsas səbəblərindən biridir. SPF 30 və yuxarı olan günəş kremlərinin istifadəsi bu riskləri 40%-dən çox azaldır.

Günvurma halları

media-inshot_20250703_212144126

Yüksək temperatur, kifayət qədər maye qəbul olunmadıqda istivurma (sunstroke) ilə nəticələnə bilər. Bu zaman təzyiq düşməsi, baş gicəllənməsi və ürək bulanması baş verir. Xüsusilə yaşlılar və uşaqlar risk altındadır.

GİGİYENA, SU İNFESİYALARI VƏ PARAZİTLƏR

media-inshot_20250703_212416863

Su təmizliyi və bakterioloji nəzarət

Çirkli sular hepatit A, E.coli və digər bakterial infeksiyalara yol aça bilər. Bir çox Avropa ölkəsi çimərlik sularında həftəlik su keyfiyyəti testləri aparır. Azərbaycanda da bu praktika genişləndirilməlidir.

Göbələk və dəri infeksiyaları

media-image_750x_61b74d110d7fa-500x281

Rütubətli mühit göbələk infeksiyaları üçün əlverişlidir. Xüsusilə ayaq barmaqları arası göbələklər (tinea pedis) çimərlikdən sonra duş qəbul edilmədikdə tez-tez rast gəlinir. Şəxsi dəsmal və ayaqqabının istifadəsi vacibdir.

SOSİAL DAVRANIŞ VƏ MƏDƏNİYYƏT

media-1655045688_9d2a20d8fad2757d52855a704b908c69_38125_10

Digər insanlara hörmət

Çimərliklər ictimai məkandır. Yüksək səslə musiqi, səs-küy və ya başqasının şəxsi məkanına müdaxilə istirahəti pozur. Sosial davranış qaydalarına əməl etmək vacibdir.

Ətraf mühitin qorunması

Plastik tullantılar, siqaret izmaritləri və digər zibillər dəniz ekosistemini pozur. Dəniz heyvanları bu tullantıları udaraq zərər görə bilər. Bu baxımdan çimərlik mədəniyyəti ilə ekoloji düşüncə paralel getməlidir.

UŞAQLAR VƏ RİSK İDARƏSİ

media-1005482238685d3e1664036

Uşaqların nəzarətsiz buraxılması

Araşdırmalar göstərir ki, boğulan uşaqların əksəriyyəti nəzarətsiz qaldıqları 3–5 dəqiqə içində hadisəyə məruz qalırlar. Valideynlərin vizual və fiziki nəzarəti əsas şərtdir.

Təhlükəsizlik vasitələri

media-whats-1749718645

Uşaqlar üçün üzgüçülük qolları, UV-korumalı geyimlər və papaqlar vacib qoruyucu vasitələrdir. Əlavə olaraq, rəngli və asan seçilən geyimlər onları izdiham içində tez tapmaq üçün uyğundur.

Bu araşdırma göstərir ki, çimərliklərdə dincəlmək üçün təhlükəsiz mühitin yaradılması həm fərdi, həm də ictimai məsuliyyət tələb edir. Həm dövlət orqanları tərəfindən su təmizliyinə nəzarət, xilasedici xidmətlərin təşkili, həm də vətəndaşların maarifləndirilməsi vacibdir.

Tövsiyələr:

-Çimərliklərdə maarifləndirici lövhələr yerləşdirilməlidir.

-Tez-tez bakterioloji su yoxlamaları aparılmalıdır.

-Ailələr və məktəblər uşaqlara çimərlik təhlükəsizliyi ilə bağlı təlim keçməlidir.

-Mədəni davranış, təmizlik və ətraf mühitin qorunması ilə bağlı ictimai kampaniyalar həyata keçirilməlidir.

Ləman Sərraf


Bənzər xəbərlər