media-inshot_20250812_195343827

Çin alimləri Tibet antiloplarını izləmək üçün robot antilop hazırlayıb

Patrulaz.az “Sinxua”ya istinadla xəbər verir ki, çinli tədqiqatçılar Tibetdə yerləşən Hoh Xil Milli Təbiət Qoruğunda nadir Tibet antiloplarının həyatını daha yaxından öyrənmək məqsədilə robot antilop düzəldərək onların arasına buraxıblar.

Məlumata görə, süni xəzlə örtülmüş bu robot tamamilə antilop görünüşünə sahibdir. Qoruqdakı digər antilopların arasına buraxıldıqdan sonra sürüyə qəbul olunan robot cəmi 3 gün ərzində otarılma prosesini lentə ala bilib. Lakin alimlər hələ də onların doğuş anını görüntüləməyi planlaşdırırlar.

Kadrlar göstərir ki, digər antiloplardan fərqlənməyən bu robot asta-asta hərəkət edir. Heyvanlar ona diqqətlə baxsalar da, müdaxilə etmirlər. Tədqiqatçılar robot Tibet antilopunu yaratmaq ideyasını fevral ayında Bahar Festivalı Qalasında nümayiş olunan robot rəqslərindən ilham alaraq formalaşdırıblar.

Tibet antilopları soyuq iqlimdə yaşadıqları üçün insanlar uzun müddət onları müşahidə edə bilməyib. Bu səbəbdən alimlər robot vasitəsilə heyvanların həyat fəaliyyətlərini yaxından izləməyi hədəfləyirlər.

İstehsalçıların sözlərinə görə, təcrübədə istifadə edilən dördayaqlı bot “təhlükəli və mürəkkəb şəraitdə, o cümlədən son dərəcə sərt ərazilərdə işləmək üçün” hazırlanıb. Sinxuanın məlumatına görə, sınaq zamanı robot müxtəlif maneələri dəf edərək 2 km-lik çətin marşrutu qət edib.

Qeyd edək ki, Tibet antilopu bir zamanlar nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qalmışdı. Onlar yumşaq, yüngül və isti alt tükləri üçün brakonyerlər tərəfindən ovlanırdı. Alimlər hazırda bu növün qorunması istiqamətində fəaliyyətlərini davam etdirirlər.

Gülbəniz Səfərova


Bənzər xəbərlər