Çin orbitə yeni rabitə peyki buraxdı
Çin kosmik proqramı çərçivəsində orbitə daha bir yeni rabitə peyki göndərib.
Patrulaz.az “Haberglobal”a istinadən xəbər verir ki, Çinin Sıçuan əyalətində yerləşən Xichang Peyk Buraxılış Mərkəzindən havaya qalxan “Long March-3B” daşıyıcı raketi saat 20:37-də uğurla buraxılıb.
Raket “Chinasat-9C” adlı rabitə peykini təyin olunmuş orbitə çatdırıb. Məlumata görə, bu buraxılış “Long March” seriyası üzrə 582-ci missiya olub.
Peykin orbitə uğurla yerləşdirildiyi açıqlanıb. Rəsmi mənbələr bildirir ki, “Chinasat-9C” peyki gələcəkdə ölkə daxilində və regionda yüksək keyfiyyətli rabitə və televiziya yayımı xidmətlərini gücləndirmək məqsədi daşıyır.
Buraxılışla bağlı rəsmi açıqlamada deyilir:
“Peyk öz orbitinə tam uğurla daxil olub və hazırda bütün sistemlər normal rejimdə işləyir”.
Qeyd edək ki, Çin son illərdə kosmik fəaliyyətlərini intensivləşdirərək, həm peyk texnologiyaları, həm də Ay və Mars missiyaları sahəsində böyük irəliləyişlərə nail olub.
Gülbəniz Səfərova






