media-7324d22b-f1c6-4bd5-9a48-7f5bb4d23b5b

Çinin şimal-şərqində yerləşən Liaoyang şəhərində restoran binasında baş verən yanğın faciəyə səbəb olub.

Patrulaz.az “Aljazeera”a istinadən xəbər verir ki, yanğın nəticəsində 22 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.

Yanğının səbəbi barədə hələlik rəsmi açıqlama verilməsə də, sosial şəbəkələrdə yayılan görüntülərdə alovların binanın pəncərə və qapılarından gur şəkildə çıxdığı görünür.

Çin Xalq Respublikasının Sədri Si Cinpin də hadisəylə bağlı açıqlama verib: “Xəsarət alanların müalicəsi, ölənlərin ailələrinə dəstək və yanğının səbəblərinin sürətlə aydınlaşdırılması üçün bütün imkanlar səfərbər olunmalıdır”, – deyə o vurğulayıb.

Qeyd edək ki, hadisə yerinə 22 yanğınsöndürən maşın cəlb olunub.

Xatırladaq ki, bu, son aylarda Çində baş verən ölümcül yanğınlar silsiləsinin növbətisidir. Aprel ayında Hebey əyalətində qocalar evində baş verən yanğında 20 nəfər, yanvarda isə tərəvəz bazarında çıxan yanğında 8 nəfər həyatını itirmişdi.

Gülbəniz Səfərova


Bənzər xəbərlər