"Çinlə Azərbaycan arasında qarşılıqlı sərmayə qoyuluşlarını müşahidə edəcəyik”- DEPUTAT
“Azərbaycan ilə Çin arasında strateji əməkdaşlıq formalaşıb. Nəzərə almalıyıq ki, Çin şirkətləri Azərbaycanda bir sıra sektorlara investisiya qoyuluşunda maraqlıdırlar. Bir neçə il öncə cənab Prezidentin Pekinə səfəri zamanı da imzalanan anlaşmada məhz on istiqamətdə layihələrin reallaşdırılması müzakirə edilmişdi.
Bu sözləri Patrulaz.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.
Deputat bildirib ki, Çinlə Azərbaycan arasında yalnız turizm və xarici ticarət deyil, eyni zamanda sərmayə qoyuluşlarının həyata keçirilməsi istiqamətində də əməkdaşlığın formalaşdırılmasına imkan yaradacaq: “Yalnız xidmət sektoru deyil, eyni zamanda turizm, informasiya texnologiyası və sənaye sahəsində qarşılıqlı sərmayə qoyuluşlarının həyata keçirilməsi imkanları da kifayət qədər böyükdür. Bu konteksdən yaxın zamanda Çinlə Azərbaycan arasında qarşılıqlı sərmayə qoyuluşlarını müşahidə edəcəyik”.