ÇL-də 7 xal: “Qarabağ”ın tarixi uğuru davam edir
Xəbər verdiyimiz kimi, noyabrın 5-də UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turu çərçivəsində keçirilən “Qarabağ” – “Çelsi” oyunu 2:2 hesabı ilə başa çatıb.
Patrul.az xəbər verir ki, matçın 29-cu dəqiqəsində Leandro Andrade “Qarabağ”ın ilk qolunu vurub. 39-cu dəqiqədə Marko Yankoviç penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı 2:1 edib.
Rəqib komandanın qollarını isə 16-cı dəqiqədə Estevao, 53-cü dəqiqədə isə Qarnaço vurub – 2:2.
Beləliklə, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turundan sonra “Qarabağ” ümumilikdə 7 xalla turnir cədvəlində 12-ci pillədə qərarlaşıb.







