media-inshot_20251211_211740141

Türkiyənin məşhur müğənnisi Oğuzhan Koç sevgilisi, aktrisa Hazal Subaşı ilə münasibətləri barədə diqqətçəkən açıqlama verib.

Patrul.az xəbər verir ki, sənətçi “YouTube” proqramlarından birində ona ünvanlanan “Hazal Subaşı ilə evlənməyi düşünürsünüzmü?” sualını cavablandırıb.

Koç sualla bağlı belə deyib:

“Bəli, evlənməyi düşünürük, amma bu məsələdə tələsmək niyyətimiz yoxdur. Çox xoşbəxtik. Əgər yol bizi ora aparırsa, – və məncə də aparacaq”.

Onun bu açıqlaması proqramın aparıcısı tərəfindən də maraqla qarşılanıb.

Qeyd edək ki, bir ildir birlikdə olan cütlüyün fotoşəkilləri tez-tez sosial şəbəkələrdə gündəm olur.

Xatırladaq ki, Oğuzhan Koç 2022-ci il avqustun 28-də aktrisa Demet Özdemir ilə ailə qurub, lakin cütlük 8 ay sonra boşanıb. Hazırda sənətçi Hazal Subaşı ilə bir ildir ki, münasibət yaşayır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər