media-inshot_20250813_102421945

“Piknik” qrupunun konserti zamanı Crocus City Hall-da törədilən terror aktının yeni təfərrüatları məlum olub.

Patrulaz.az xəbər verir ki, RIA Novostinin əldə etdiyi istintaq materiallarına görə, hücum planı konsertin başlanmasına 20 dəqiqə qalmış həyata keçirilməli idi, lakin tədbir gec başladığından terrorçular planı dəyişməli olublar.

Məlumatda bildirilir ki, hücumçulardan biri – Rosfinmonitorinqin terrorçu və ekstremistlər siyahısında olan Dalerjon Mirzəyev ifadəsində, hadisə günü saat 18:30-19:00 radələrində digər üç müttəhimlə birlikdə mənzildən silah götürərək konsert zalına yollandıqlarını deyib:

“Binaya çatdıqdan sonra maşını saxladıq, içəri keçib kafedə kofe içdik. Daha sonra avtomobilə qayıdıb tamaşanın başlamasını gözlədik”.

İstintaq materiallarında qeyd olunur ki, “Piknik” qrupunun çıxışı 20:00-da başlamalı olsa da, 20 dəqiqə gecikib. Terrorçular isə bu dəyişiklikdən xəbərsiz olaraq saat 20:00 radələrində atəş açıblar. Həmçinin məlum olub ki, onlar hücumdan əvvəl bilet alverçilərindən hansı tədbirin ən çox izlənəcəyini soruşublar. Hücumçulardan biri isə hadisədən təxminən bir saat əvvəl “Piknik”in çıxışı üçün 7 min rubla bilet əldə edib.

Qeyd edək ki, bundan əvvəl istintaq, terror aktını törədən üç şəxsin qanında narkotik maddə aşkarlandığını açıqlamışdı.

Xatırladaq ki, 2024-cü il martın 22-də “Crocus City Hall” konsert zalında dörd silahlı şəxsin tamaşaçılara atəş açaraq terror aktı törətməsi nəticəsində 149 nəfər həlak olmuş, 609 nəfər yaralanmışdır. Hücumdan sonra icraçılar – Muhammadsobir Fayzov, Dalercon Mirzoyev, Saidakrami Raçabalizodə və Şamsiddin Fariduni Ukraynaya qaçmağa cəhd edərkən Bryansk vilayətində saxlanılaraq Moskvaya aparılıblar.

 


Bənzər xəbərlər