media-inshot_20250722_205317975

Daşkəsəndə “VAZ 2107” markalı avtomobil aşıb.

Patrulaz.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Qəza zamanı 2004-cü il təvəllüdlü Vüqar Hüseynov və avtomobildə olan daha bir nəfər 17 yaşlı Kamil Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılara tibbi yardım göstərilib, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb


Bənzər xəbərlər