media-inshot_20250730_100000640

Astara rayonunda qadın qətlə yetirilib.

Patrulaz.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, rayonun Kakalos kənd sakini, 55 yaşlı Xalidə Paşa qızı Manafova bıçaq xəsarətləri ilə Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı ilkin olaraq qadının yaxınları onun özünə qəsd etdiyini bildirsələr də, araşdırmalar nəticəsində X.Manafovanın intihar etmədiyi, ona qəsdən xəsarət yetirildiyi müəyyən edilib.

Cinayəti törətməkdə şübhəli bilinən mərhumun gəlini, 2004-cü il təvəllüdlü Rufanə İntiqam qızı İmanova saxlanılıb.

İlkin ehtimallara əsasən, qətlin ailə-məişət zəminində baş verdiyi bildirilir. Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən Ruhanə İmanovanın iki uşağı var.


Bənzər xəbərlər