media-122545223_103264127_gettyimages_5450191431719394035

Beyləqan rayonunda qadın yaşadığı evdə qətlə yetirilib.

Patrulaz.az “Oxu.Az”a istinadla xəbər verir ki, hadisə iyulun 15-də rayonun Bolsunlu kəndində baş verib. 1967-ci il təvəllüdlü Bəsti Həsənova yaşadığı evdə bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, qadın gecə saatlarında evində oğurluq məqsədi ilə daxil olmuş maskalı şəxslə üzləşib. Səsə oyanaraq otağa daxil olan B.Həsənova ilə oğru arasında qarşıdurma baş verib. Şəxs qadının boğazına bıçaq dirəyərək ondan evdəki pul və qiymətli əşyaların yerini soruşub. Ev sahibəsi evində pul olmadığını dedikdə isə, naməlum şəxs onun bədəninə bir neçə bıçaq zərbəsi endirərək hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanlarının keçirdiyi operativ tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən kənd sakini, 2002-ci il təvəllüdlü Amil Ağayev saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Bənzər xəbərlər