media-e532187a-f0a0-40f9-b328-da1c0e811d86

Türkiyənin Mardin şəhərində məsciddə namaz qılan şəxs bıçaqlanıb.

Patrulaz.az “Sondakika.com”a istinadən xəbər verir ki, hadisə Qızıltəpə rayonundakı Yeni Məsciddə baş verib. Namaz qıldığı zaman Siraç Ö. adlı şəxs naməlum bir şəxs tərəfindən bıçaqlanıb.

Hücum edən şəxs hadisə yerindən qaçıb.

Məlumat verildikdən sonra hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Yaralı Siraç Ö. xəstəxanaya aparılıb. Onun vəziyyətinin yaxşı olduğu bildirilib.

Qeyd edək ki, polis hadisəni törədən şəxsi tapmaq üçün axtarışları davam etdirir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər