Dəhşətli qətl hadisəsi: Cinayətkar xəstə qardaşına baxmaq istəmədi, çıxış yolunu onu öldürməkdə gördü
Rusiyanın Kursk vilayəti məhkəməsi Valentin Silini qardaşını qəddar şəkildə öldürdüyünə görə həbs olunub.
Patrul.az xəbər verir ki, amansız qətl hadisəsi 2025-ci ilin iyul ayında baş verib. Valentin Silin 74 yaşlı qardaşı ilə mübahisə edib.
Mübahisənin səbəbi, qardaşının insult keçirdikdən sonra iflic vəziyyətə düşməsi və Silinin ona baxmaq istəməməsi olub. Mübahisə zamanı Silin mətbəx bıçağı götürərək qardaşına ən azı 39 dəfə zərbə vurub. Qurban aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Pensiyaçının barəsində qətl maddəsi üzrə cinayət işi açılıb. Məhkəmə onu sərt rejimli cəzaçəkmə müəssisəsində 15 il həbs, bununla yanaşı 1,5 il müddətinə azadlıq məhdudiyyəti ilə cəzalandırıb.






