Dəmiryolu işçiləri tətil elan etdilər
Fransada dəmir yolu işçilərinin maaş artımı tələbi ilə tətil qərarı aldığı bildirilib.
Patrulaz.az Fransa mətbuatında yer alan xəbərlərə istinadən məlumat verir ki, həmkarlar ittifaqlarının çağırışı ilə dəmir yolu işçiləri 5-11 may tarixlərində maaş artımı tələbi ilə tətil keçirmək qərarına gəliblər.
Həmkarlar ittifaqına üzv işçilərin keçirdiyi tətil səbəbilə Parisin daxil olduğu “Île-de-France” bölgəsində, paytaxtla ətraf qəsəbələr arasında xidmət göstərən RER (Regional Ekspres Şəbəkəsi) xətlərində gecikmələr və xidmət əksikliyi müşahidə olunub.
Ləman Sərraf