media-41088204-44c4-45ac-9bfb-23fc02b421a5

“USAİD 1961-ci ildə Amerika tərəfindən Marşal planının davamı olaraq təsis edildi və ilkin olaraq Avropanın inkişafına yönəlmişdi. Soradan isə post Sovet ölkələri və inkişaf etməkdə olan ölkələrlə fəaliyyətini davam etdirdi. Vurğulamaq lazımdır ki, bu agentlik birbaşa olaraq Amerikanın dövlət büdcəsindən maliyyəşir. Demək olar ki, fəaliyyət göstərdiyi ölkələrin səfirliyində yerləşir”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Polad Mehdiyev deyib.

media-img_5035
O bildirib ki, sözügedən qurumun əsas məqsədi fəaliyyət göstərdiyi ölkələrdə təmsil etdiyi adminstrasiyanın maraqlarını həyata keçirməkdir: “Bununla əlaqədar olaraq bir çox ölkələrə müdaxilə olunurdu və böyük məbləğlərdə pul xərclənirdi, hətta inqilabi dəyişikliklərə nail olunurdu. Demokratiya və insan hüquqları adı altında cəmiyyətin sosial sahəsinə bilavasitə təsir edirdi.

USAİD-in büdcəsi 50 milyard dollar təşkil edir və bu olduqca böyük məbləğdir. Amerikanın mətbuat xidmətinin rəhbəri son mətbuat konfransında bildirib ki, müxtəlif ölkələrə dəstək adı altında pullar silinib.
Ötən dövrə baxdıqda Laçın yolu ilə bağlı çıxışlarda anti-Azərbaycan siyasətinin həyata keçirilməsi, COP29 zamanı ölkəmizə qarşı beynəlxalq mediada çirkin kampaniyanın aparılması birbaşa olaraq ölkəmizə qarşı qərəzli münasibətin göstəricisidir”.


Bənzər xəbərlər