media-img_4009

Abşeron rayonunun Digah qəsəbəsində təhlükə yaradan işıq dirəyi ilə bağlı sakinlərin narahatlığı davam edir.

Patrulaz.az-a daxil olan görüntülərdə Xətai küçəsində yerləşən, tok xətlərinin qoşulduğu və əyilmiş vəziyyətdə olan dirəklərin təhlükəli vəziyyətdə olduğu aydın görünür.
Məsələ ilə bağlı yerli sakinlər aidiyyəti qurumlara dəfələrlə müraciət etdiklərini bildirirlər.

Qəsəbə sakininin sözlərinə görə, problem 2022-ci ildən bəri mövcuddur və bu barədə “Azərişıq” ASC-yə dəfələrlə məlumat verilib:

“2022-ci ildən bəri Azərişıqa dəfələrlə müraciət etmişik. Lakin təhlükəli vəziyyətdə olan işıq dirəyi dəyişdirilməyib. Bura ucqar kənd deyil, paytaxtdan cəmi 13 kilometr məsafədə yerləşən qəsəbədir, amma məsələ ilə bağlı heç bir tədbir görülmür”, – deyə sakin bildirib.

Qeyd edək ki, sakinlər məsələ ilə bağlı aidiyyəti qurumlardan operativ tədbir görülməsini xahiş edirlər.

Gülbəniz Səfərova


Bənzər xəbərlər