media-inshot_20250806_201537133

Çoxumuz üçün saqqız çeynəmək gündəlik bir vərdişdir: bəzən ağızda xoş qoxu yaratmaq, bəzən stressi azaltmaq, bəzən də sadəcə vərdiş olduğu üçün. Amma bu “zərərsiz görünən” vərdişin bədəndə müəyyən səssiz fəsadlara yol aça bilər.

Patrulaz.az bu vərdişin zərərləri haqqında sizi yaxından tanış edir.

Çənə oynağına düşən görünməz yük

Uzun müddət və tez-tez saqqız çeynəmək çənə oynağı disfunksiyası (TMD) adlanan bir vəziyyətə yol aça bilər. Bu zaman çənə sümükləri arasında tarazlıq pozulur, ağrılar, klik səsləri və hətta baş ağrıları meydana gələ bilər. Ən pisi isə budur ki, bir çox insan bu simptomların saqqızla əlaqəli olduğunu düşünmür və problemi gözardı edir.

Amerikalı stomatoloq Dr. Mark Burhenne bu barədə xəbərdarlıq edir:

“Saqqız çeynəmək çənənin davamlı gərgin vəziyyətdə qalmasına səbəb olur. Əgər tək bir tərəfdə çeynəmə vərdişi varsa, bu, zamanla simmetrik pozulmalara və çənə ağrılarına gətirib çıxara bilər”.

Həzm sisteminə zərbə

Saqqız çeynəyərkən bədən qida gəldiyini zənn edir və həzm fermentləri ifraz olunur. Ancaq real yemək olmadıqda bu fermentlər boşuna ifraz edilir və zamanla mədə turşuluğunu artıraraq reflü, qastrit kimi problemlərə səbəb ola bilər. Bu, xüsusilə boş mədədə saqqız çeynəyənlər üçün risklidir.

Kanadalı dietoloq Megan Telpner qeyd edir ki, saqqız mədəni yeməyə hazırlayır, amma heç nə gəlmədikdə bu, mədə divarına ciddi təzyiq yaradır”.

Süni şirinləşdiricilərlə gələn zərər

Əksər saqqızlar aspartam, sorbitol, xylitol kimi süni şirinləşdiricilərlə doludur. Bu maddələrin uzunmüddətli istifadəsi bağırsaq florasını pozur, şişkinlik, qaz, ishal kimi hallara yol açır. Bəzi tədqiqatlar aspartamın sinir sisteminə təsiri olduğunu da göstərir.

“Xüsusilə uşaqlar üçün şəkərsiz saqqızlar göründüyü qədər zərərsiz deyil” – deyə Baylor Tibb Kollecindən bir araşdırmada qeyd olunur.

Yalançı aclıq və çəki nəzarətinin pozulması

Bəzi insanlar saqqız çeynəməyin iştahı azaltdığını düşünür. Ancaq əksinə, saqqız beyinə “nəsə yeyirəm” siqnalı göndərir, bu da zamanla iştahın qarışmasına və nəzarətsiz qıcıqlanmağa, şirniyyata meylə səbəb ola bilər.

Bu, xüsusilə arıqlamaq istəyən insanlar üçün təhlükəli bir tələyə çevrilə bilər. Saqqızla başlayan saxta toxluq hissi bir neçə saat sonra daha güclü aclıq dalğası ilə geri dönür.

Dişlərə təsiri

Saqqız çeynəmək diş minasında sürtünmə yaradır. Xüsusilə diş problemi olan insanlarda, köhnə plomblar və körpülər saqqızla çeynəndikcə zəifləyə və ya qopa bilər. Şəkərli saqqızlar isə əlavə olaraq diş çürüməsinə zəmin yaradır, çünki saqqız ağızda çox qalır və şəkər bakteriyalarla uzun müddət təmasda olur.

Psixoloji vərdişlər: Stressi artıran saxta rahatlıq

Bəziləri üçün saqqız streslə mübarizə vasitəsidir. Amma bu rahatlama, sadəcə mexaniki bir hərəkətdir. Problem ondadır ki, saqqız bir növ nəfəs almaq funksiyasını əvəz edir. Stressin həllini bu cür mexanizmlərlə ötürmək, uzunmüddətli dövrdə emosional tənzimləməni zəiflədir.

İsveçdə aparılan bir psixoloji araşdırmada saqqız çeynəyən insanların diqqətlərinin daha tez dağılması və əsəb gərginliyi yaşama riski daha yüksək olduğu aşkar edilib.

Saqqız ziyanlıdır” demək bəs edir?

Ara-sıra saqqız çeynəmək problem yaratmaya bilər. Amma bunu gündəlik, saatlarla davam edən bir vərdişə çevirmək, həm bədənə, həm də zehnə ciddi zərər vura bilər. Unutmayın, zərərli vərdişlər adətən kiçik görünür. Amma təsirləri, gözlə görünməyən səssiz bir dalğa kimi yavaş-yavaş bütün bədəni bürüyə bilər.

Ləman Sərraf


Bənzər xəbərlər