Dörd gündür iki divar arasında sıxışıb qalan at xilas edildi - VİDEO
Abşeron rayonu, Saray qəsəbəsində iki evin divarları arasında sıxışıb qalan at vətəndaşların köməyi ilə xilas edilib.
Patrulaz.az sosial şəbəkələrdə yayılan görüntülərə əsasən xəbər verir ki, at 4 gün ərzində dar divarlar arasında çarəsiz vəziyyətdə qalıb.
Yerli sakinlərin hasarı uçuraraq atı xilas etdiyi bildirilir.
Hazırda atın haradan gəldiyi və sahibinin kimliyi məlum deyil.






