media-d838f6c8-27ce-4864-b25d-da404b9ab623

“Cənab Prezidentin Türkiyəyə səfəri konkret bir hadisəyə, yəni İğdır-Naxçıvan qaz kəmərinin açılışında iştirak etməyə hesablansa da, səfərin mühüm əhəmiyyəti var”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.


Deputat bildirib ki, səfər Azərbaycanla Türkiyə arasında qardaşlıq, dostluq, birlik münasibətlərini daha yüksək səviyyəyə çatdırır: “Azərbaycan-Türkiyə arasında ikitərəfli münasibətlər təhlil edilir, yeni sahələr axtarılır, baş verən məsələlərə birgə münasibət formalaşdırılır. Bütövlükdə, dünya hər zaman olduğu kimi yenə də iki ölkənin yanaşı olduğunu göstərir. Türkiyə min illiklərdən gələn dövlətçiliyi olan ölkədir. Azərbaycan isə 30 ildən çox dövrdə müstəqilliyini bərpa etsə də, bu gün dünya birliyində yüksək hörmətə malikdir və dövlətimizlə hesablaşırlar. Hazırda bir çox məqamlarda Azərbaycanın mövqeyi böyük məna kəsb edir”.


Bənzər xəbərlər