media-photo-output

1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması qərara alınmışdır. Bununla bağlı Ali Məclis ölkə parlamentinə müraciət etmiş və 25 dekabr 1991-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etmişdir.

2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilmiş, bu qurultaydan sonra Ümummilli Lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Dövlət Komitəsi yaradılmış, həmin il dekabrın 27-də isə soydaşlarımızla bağlı dövlət siyasəti haqqında qanun qəbul edilmişdir.

Həmrəylik günü milli birlik, vətənpərvərlik, Azərbaycana məhəbbət və milli-mənəvi dəyərlərimizin qorunması mənasını daşıyır. Bu gün həm də birliyimizin gücünü, xalqımızın sarsılmaz həmrəyliyini bir daha xatırladır.

Patrul.az olaraq, bütün dünya azərbaycanlılarını salamlayır, hər birinizə sağlamlıq, xoşbəxtlik və ümid dolu günlər arzulayırıq. Birlikdə daha güclüyük, birliyimiz isə gələcəyimizi işıqlandırır.

Həmrəylik Gününüz mübarək! 

Patrul.az


Bənzər xəbərlər