Dünyaca məşhur müğənni milyarder oldu
Dünyaca məşhur amerikalı müğənni Beyons rəsmi olaraq milyarderlər siyahısına daxil edilib.
Patrul.az xəbər verir ki, “Forbes” jurnalı yeni araşdırma apararaq dünya milyarderlərinin yenilənmiş siyahısını açıqlayıb.
Siyahıya əsasən, Beyonsun ümumi sərvəti 1 milyard dolları keçib və o, “milyarderlər klubu”na qoşulub.
Məlumata görə, müğənninin maliyyə uğurunda son dövrlərdə keçirdiyi “Cowboy Carter” (Kovboy Karter) dünya turu mühüm rol oynayıb. Sözügedən turne ilin ən çox gəlir gətirən musiqi turnesi olub və təxminən 408 milyon dollar qazanc əldə edib.
Qeyd edək ki, Beyons milyarder olan tək müğənni deyil. Daha əvvəl Rihanna, Teylor Svift, Brüs Sprinqstin və Cey-Z də bu prestijli siyahıya daxil ediliblər.
Gülbəniz Səfərova






