Dünyada qadağan olunmuş bu maddədən istifadə rekord həddə çatıb
Dünyada kokain istehsalı və istifadəsi əvvəkli illərə nisbətən xeyli artıb.
Patrulaz.az xəbər verir ki, BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin açıqladığı illik hesabata görə, 2023-cü ildə dünyada kokain istehsalı 3,708 tona çataraq əvvəlki illə müqayisədə 34 % artıb.
Bu artım, əsasən Kolumbiyada koka bitkisinin əkin sahələrinin genişlənməsi və məhsuldarlığın yüksəlməsi ilə əlaqələndirilir.
Kokanin istehsalı ilə yanaşı, ondan istifadə edən istifadəçilərinin sayı da ciddi şəkildə artıb. Hesabata görə, 2013-cü ildə bu maddədən 17 milyon insan istifadə edirdisə, 2023-cü ildə bu statistika 25 milyona yüksəlib.
Bu maddədən ən çox istifadə edən Şimali Amerika, Qərbi və Mərkəzi Avropa, eləcə də Cənubi Amerika olduğu bildirilib.
BMT hesabatında həmçinin vurğulanır ki, bu pozuntulardan əziyyət çəkən hər 12 nəfərdən yalnız biri tibbi müalicə alır.
Narkotikdən istifadəyə bağlı pozuntular isə hər il dünyada yarım milyona yaxın insanın ölümünə və 28 milyon sağlam həyat ilinin itirilməsinə səbəb olur.
Qeyd edək ki, kokain istifadəsinin infarkt, insult, tənəffüs çatışmazlığı və nevroloji fəsadlar yaradır, eləcə də yüksək asılılıq potensialına sahib olur.
Gülbəniz Səfərova