media-no-smoking-on-city-street

Fransa açıq havada siqaret çəkməyə qarşı qadağalar tətbiq edib.

Patrulaz.az “Euronews”a istinadən xəbər verir ki, Fransa hökuməti çimərliklərdə, ictimai bağlarıda, məktəb və kitabxana ətrafında, hovuz yaxınlıqlarında, avtobus dayanacaqlarında siqaret çəkməyi rəsmi şəkildə qadağan edib.

Məlumata görə, bu qanun uşaqları siqaret tüstüsünün zərərlərindən qorumaq məqsədilə tətbiq edilib.

Məlumata əsasən, Fransada hər il təxminən 75 min nəfər tütünlə bağlı xəstəliklərdən dünyasını dəyişir. Buna görə də ölkə vətəndaşlarının 62 %-i açıq ictimai yerlərdə siqaret qadağasını dəstəkləyir.

Qeyd edək ki, yeni qaydaları pozan şəxslər 135 avro məbləğində cərimələnə bilər. Lakin hələlik bu cərimələrin tətbiqi mərhələsi başlamayıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər