media-inshot_20250628_095323174

Türkiyənin Adana vilayətinin Aladağ rayonunda yerləşən Yedigözələr Milli Parkında sərinləmək üçün suya girən 23 yaşlı oğlan faciəvi şəkildə boğularaq dünyasını dəyişib.

Patrulaz.az “Haberglobal”a istinadən xəbər verir ki, hadisə iyunun 27-də baş verib. Mehmet Ali K. adlı şəxs park ərazisindəki su hövzəsinə girdikdən qısa müddət sonra yoxa çıxıb. Hadisə yerinə axtarış və xilasetmə qrupu cəlb olunub.

Axtarış nəticəsində gəncin cansız bədəni sudan çıxarılıb. Onun meyiti ölüm səbəbinin müəyyənləşdirilməsi meyitxanaya göndərilib.

Qeyd edək ki, Yedigözələr Milli Parkı Adananın ən çox ziyarət edilən təbii turizm məkanlarından biridir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər