media-p0llqpws

Cənubi Koreyada metroda dəhşətli hadisə baş verib.

Patrulaz.az “BBC”yə istinadən xəbər verir ki, Cənubi Koreyanın paytaxtı Seulda 67 yaşlı kişi insanların olduğu metro vaqonunda qəfil yanar maye səpməyə başlayıb.

Hadisədən xəbər tutan sərnişinlər vahimə ilə vaqonu tərk etməyə çalışıblar. Bir neçə saniyə sonra kişi tökdüyü benzinə od vuraraq yanğına səbəb olub.

Hadisə anı metroda quraşdırılmış müşahidə kameraları tərəfindən qeydə alınıb.

Yanğın nəticəsində qatardan çıxmağa çalışan altı nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan bir neçəsi tüstüdən zəhərlənib, digərləri isə qaçış zamanı ayaq biləyi zədəsi ilə xəstəxanaya yerləşdirilib. Lakin ölən olmayıb.

Şübhəli şəxs adam öldürməyə cəhd və qəsdən yanğın törətmək ittihamları ilə həbs olunub.

Həmin anlara aid görüntüləri təqdim edirik:

Gülbəniz Səfərova


Bənzər xəbərlər