media-erdogan-yeni

Bölgəmizdəki gərginlik, Hörmüz boğazı və bölgənin hava məkanındakı qeyri-müəyyənliklər bizə təhlükəsiz nəqliyyat marşrutlarının nə qədər dəyərli olduğunu xatırlatdı”.

Patrulaz.az “Moderator”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı bu baxımdan Orta dəhlizin əhəmiyyətinə diqqət çəkib:

“Vətəndaşlarımızla birlikdə ölkələri və qonşu regionları birləşdirəcək sülh və əməkdaşlıq marşrutları yaradırıq. Bu məqamda 2 böyük layihənin strateji əhəmiyyət kəsb etdiyini görürük. Birincisi, Orta dəhlizdir. Çindən Avropaya qədər uzanan Orta dəhliz dəniz yolundan 2 dəfə sürətli, hava yolundan isə 4 dəfə daha əlverişlidir.

Bizi maraqlandıran digər layihə “İnkişaf Yolu”dur. Bu, coğrafiyaları birləşdirərkən, regional sabitliyin və rifahın da açarıdır. “İnkişaf Yolu” Bəsrə körfəzindən başlayaraq Avropaya qədər uzanan multimodal quruluşu ilə seçilir.

Orta dəhlizin dəmir yolu üzərindən potensial ticarət həcmi 75 milyard dollar səviyyəsindədir. “İnkişaf Yolu” ilə də geosiyasi imkanlarımızı bütün regionumuzun faydalanacağı hərtərəfli iqtisadi üstünlüyə çevirəcəyik. Orta dəhliz layihələrini həyata keçirən zaman ildə 114 milyard dollarlıq istehsal və orta hesabla 144 min nəfərin məşğulluğunu gözləyirik. “İnkişaf Yolu” layihəsi sayəsində İraqın Fav limanına gələn yüklərin ölkəmiz üzərindən Avropaya açılacağı gözlənilir”.

Prezident Ərdoğan Bakı-Tbilisi-Qars dəmir yolu xəttini “Orta dəhlizin onurğası” adlandırıb:

“Orta dəhlizin onurğasını təşkil edən Bakı-Tbilisi-Qars dəmir yolu xəttini də istifadəyə vermişik. Bu möhtəşəm layihənin gələcək inkişafını həm ikitərəfli, həm də Türk Dövlətləri Təşkilatı kimi platformalarda müzakirə etməyə davam edirik”.


Bənzər xəbərlər