Putin: "Rusiya Ukrayna ilə danışıqları İstanbulda davam etdirməyə hazırdı"
Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Ukrayna ilə danışıqların növbəti mərhələsini İstanbulda keçirməyə hazır olduğunu açıqlayıb.
Patrulaz.az “TASS”a istinadən xəbər verir ki, bu barədə o, Belarusun paytaxtı Minsk şəhərinə səfərinin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
Putin Türkiyənin vasitəçilik səylərini yüksək qiymətləndirərək, bu prosesdə göstərdiyi dəstəyə görə Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
Dövlət başçısı, həmçinin qeyd edib ki, Rusiya daha üç min həlak olmuş hərbçinin cəsədini Ukrayna tərəfinə təhvil verməyə hazırdır. Onun sözlərinə görə, tərəflər arasında mübadilə prosesi başa çatdıqdan sonra da təmaslar davam etdiriləcək.
“Danışıqlar qruplarının rəhbərləri daim əlaqədədirlər, bir-birlərinə zəng edirlər. Biz bu prosesi davam etdirməyə və konstruktiv yanaşmaya açığıq”, – deyə Putin vurğulayıb.