media-3-ilde-cigerlerimiz-yaniyor-yangin-diger-sehre-sicradi-evler-tahliye-edildi-17510446805415

Türkiyənin İzmir şəhərində meşə ərazisində yanğın baş verib.

Patrulaz.az xəbər verir ki,  bu barədə NTV telekanalı xəbər yayıb.

Bildirilib ki, alovlanma əvvəlcə meşəətrafı sahədə başlayıb və daha sonra genişlənərək meşəyə keçib.

Yanğının söndürülməsi üçün əraziyə 643 nəfərdən ibarət yanğınsöndürən heyət, 8 təyyarə, 16 helikopter, 57 yanğınsöndürmə maşını və digər texnika cəlb olunub.

Verilən məlumata əsasən, təhlükə səbəbindən yaxınlıqdakı ərazilərdə yaşayan 455 ailə təxliyə edilib. Hadisənin başvermə səbəbləri araşdırılır, bu iş üzrə şübhəli qismində 3 nəfər saxlanılıb.


Bənzər xəbərlər