"İran hakerləri israilli jurnalist və alimləri hədəfə alıb" - İSRAİL
İsrail və ABŞ rəsmiləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kiberhücumlarına dair artan risklər barədə xəbərdarlıq ediblər.
Patrulaz.az “Azad İran” telegram kanalına əsasən xəbər verir ki, SEPAH-ın nəzarətində olan haker qrupları son günlərdə israilli jurnalistlərə, alimlərə və digər vətəndaşlara qarşı məqsədli fişinq hücumları həyata keçiriblər.
İsrailin “Check Point Software Technologies” kibertəhlükəsizlik şirkətinin yaydığı məlumata əsasən, bu kampaniya çərçivəsində fişinq e-poçtları vasitəsilə şəxsi məlumatların ələ keçirilməsi və potensial casusluq fəaliyyəti üçün zəmin yaradılması məqsəd qoyulub.
Qeyd olunub ki, kiber əməliyyatlar İsrailin İrana qarşı hava müharibəsi ilə İslam Respublikasına qarşı daha uğurlu kiber əməliyyatların başladığı bir vaxta təsadüf edir.