Dünyanın ən bahalı futbolçuları hansılardır? - ADLARI
Futbol təkcə qol vurub, oyunu qazanmaq deyil. Bu gün dünya futbolu milyardlarla dolların dövr etdiyi iqtisadi və strateji bir sahəyə çevrilib. Bir çox futbolçu meydandakı ustalığı ilə yanaşı, transfer bazarındakı dəyəri ilə də tarixə düşür. Onların vurduğu qollar, oyun üslubu və klublarına verdiyi fayda bu qiyməti müəyyənləşdirir. Klublar isə belə oyunçular üçün nəinki milyonlar ödəməyə, transfer rekordlarını belə alt-üst etməyə hazır olurlar.
Patrulaz.az-ın araşdırmasına görə, 2025-ci ilin həm ən bahalı transferləri, həm də ən yüksək bazar dəyərinə malik futbolçuları arasında aşağıdakı adlar yer alır:
Cristiano Ronaldo – Futbolun Qızıl Simvolu

“Al-Nassr” klubunun portuqaliyalı hücumçusu, karyerasının son dönəmlərində olsa belə, həm maliyyə qazancı, həm də marketinq gücü baxımından dünya futbolunun zirvəsində qalmağa davam edir. O, illik 275 milyon dollar dəyərində möhtəşəm müqavilə ilə dünyanın ən yüksək maaş alan futbolçularından biridir. Ronaldonun Clear, Nike və Herbalife kimi qlobal brendlərlə əməkdaşlıqları sayəsində 2025-ci il üzrə ümumi qazancı 285 milyon dollar təşkil edir. Forbes-in 2025 siyahısında dünyanın ən çox qazanan idmançılarından biri olaraq 5-ci dəfə yer alması onun populyarlığının və təsir gücünün davam etdiyini göstərir. O, “Al-Nassr” ilə müqaviləsini 2025-ci ilin iyununa qədər uzadıb və bu, FIFA Klublararası Dünya Çempionatı öncəsi vacib qərar olaraq qəbul olunur.
Lionel Messi – Futbol Dahisi Mayamidə

“İnter Mayami” klubunda çıxış edən argentinalı əfsanə, karyerasının son mərhələsində olmasına baxmayaraq, futbol və biznes dünyasında hələ də güclü təsirə malikdir. O, 60 milyon dollar maaş və 75 milyon dollar kommersiya gəlirləri olmaqla, cəmi 135 milyon dollar gəlirlə Forbes-in 2025-ci il üzrə ən çox qazanan idmançılar siyahısında 5-ci yeri tutur. Messi xüsusilə təsdiqləyici brendlərlə – Adidas, Pepsi və Apple kimi nəhənglər ilə əməkdaşlıqları sayəsində meydandan kənarda da yüksək gəlir əldə edir. “İnter Mayami”yə keçidi onun Amerikan futbol bazarına təsirini daha da artırıb.
Neymar – Rekord hələ də onundur

Transfer qiyməti 222 milyon (Barcelona – PSG, 2017) olan Neymarın hazırkı klubu “Santos”dur. Neymarın “Barselona” formasında “PSG”yə keçidi hələ də dünyanın ən bahalı transferi olaraq qalır. Xüsusilə, “Remontada” oyununda vurduğu qollarla yadda qalan Neymar, texnikası və meydandakı rahatlığı ilə dövrün simvoluna çevrildi. Nəzərə almaq lazımdır ki, Neymar aralıqlı şəkildə ayağının zədələnməsinə görə futbol meydanlarından uzaqlaşmışdı. Lakin o vaxtıykən bu səbəbdən ağlayaraq çıxdığı “Santos” klubuna indi tarixi qol vuraraq qayıdıb.
Kylian Mbappe – Sürətin və instinktin sintezi

Transfer qiyməti 180 milyon (Monaco – PSG, 2018) və bazar dəyəri (2025): €170–205 milyon olan Mbappenin hazırkı klubu “Real Madrid”dir. Mbappe qapıya çevrilən demək olar ki, hər fürsətində ölümcül dəqiqlik nümayiş etdirib. “Fransa – Argentina” Dünya Kuboku finalında vurduğu hat-trick onu ulduzdan daha artıq mövqe tutmağa imkan verdi. İndi o, “Real Madrid”də Vinicius və Bellingham kimi adlarla yeni dövrün əsas simalarından biridir.
Jude BellinghamJude Bellingham – Oyun oxuyan dahidir

Bazar dəyəri 238–251 milyon olan Bellinghamın hazırkı klubu Real Madriddir. 19 yaşında Dortmundun mərkəzində komandaya liderlik edən Bellingham, indi “Real Madrid”də hər oyunu rəsm əsəri kimi idarə edir. İspaniya La Liqasında və Çempionlar Liqasında vurduğu son dəqiqə qolları ilə azarkeşləri heyran etməyi bacardı. İndi o təkcə yarımmüdafiəçi deyil, simvolik kapitan kimi görülür.
Erling Haaland – Qapıçıların kabusu

Bazar dəyəri 200–251 milyon olan Haalandın hazırkı klub “Manchester City”dir. Haaland qapıya yönələn hər topu qola çevirmə potensialına malikdir. 2022–2023 mövsümündə Premyer Liqada vurduğu 36 qol hələ də yenilənməyib. Bu mövsüm isə artıq 30-a yaxın qolla yoluna davam edir. Fiziki gücü, ani sprintləri və ölümcül baş zərbələri ilə futbolun gələcəyini müəyyən edən simalardandır.
Vinicius Junior – Sürət və texnikanın bədii tərəfi

Bazar dəyəri 200 milyon olan Juniorun hazırkı klubu Real Madriddir. Viniciusun əsas silahı sürət və driblinqdir. “Real Madrid”də cinahdan rəqibi parçalayaraq etdiyi hücumlar və asistlərlə yaddaqalan simadır.
Lamine Yamal – Gələcəyin Messisi

Bazar dəyəri 200–251 milyon olan Yamalın hazırkı klubu “Barcelona”dır. 18 yaşında olmasına baxmayaraq, Yamal artıq Barselonanın əsas heyətində yerini möhkəmlədib. İspaniya millisində vurduğu qələbə qolları, sağ cinahdakı soyuqqanlı oyun oxuması və texniki bacarığı ilə gələcək illərin Ballon d’Or namizədlərindən biri kimi göstərilir.
Florian Wirtz – Yeni nəsil Alman intellekti

Transfer qiyməti 107 milyon (Bayer Leverkusen – Liverpool, 2025) olan Wirtzin cari klubu “Liverpool”dur. Bundesliqada rekord transferə imza atan Wirtz, bu gün Liverpoolun oyun planının beyni hesab olunur. Onun sakit, lakin məhsuldar oyun üslubu Klopp sonrası dövrə uyğun yeni sistemin mərkəzindədir.
Dəyər yalnız futbolda deyil, təsirdədir. Yəni, bu adlar təkcə transfer qiymətləri ilə deyil, futbola verdikləri töhfələri ilə seçilirlər. Onların bazar dəyərləri zamanla dəyişsə də, həlledici anlarda vurduqları qollar, klub tarixlərini dəyişməyə davam edir.
Patrulaz.az olaraq bu araşdırmanı apararkən gördük ki, bir qol yüz milyonlarla dəyər qazandıra bilər. Çünki bu oyunçular futboldan daha çoxunu təmsil edirlər: brend, ümid, gələcək və tarix…
Gülbəniz Səfərova






