Dünyanın ən gözəl 10 aktrisası açıqlandı: Siyahıda məşhur türkiyəli aktrisa da var
“Dünyanın ən gözəl 10 aktrisası – 2025/2026” reytinqi açıqlanıb.
Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, 2026-cı ilin ilk yarısına qədər qüvvədə qalacağı gözlənilən siyahıda müxtəlif ölkələrdən olan məşhurlar yer alıb.
Siyahıya 35 yaşlı avstraliyalı ulduz Marqot Robbi başçılıq edir. İkinci yerdə amerikalı aktrisa Şeylin (Şeyn) Vudli, üçüncü pillədə isə çinli aktrisa Dilraba Dilmurat qərarlaşıb.
Reytinqin 10-cu sırasında isə Türkiyənin məşhur aktrisası Hande Erçel yer alıb.
“Dünyanın 10 ən gözəl aktrisası” siyahısına daxil edilən digər tanınmış simalar bunlardır:
Nensi Makdoni
Kriti Sanon
Haniya Aamir
Ana de Armas
Emma Uotson
Amber Heard
Siyahıya Avstraliya, ABŞ, Çin, Hindistan, Pakistan və Türkiyə kimi ölkələrdən məşhur aktrisaların daxil edilməsi onun beynəlxalq xarakter daşıdığını göstərir.
Gülbəniz Səfərova






