media-inshot_20250814_155137233

Dünyanın ən gözəl qadınlarından biri kimi tanınan, fələstin əsilli amerikalı supermodel Bella Hadid gözlənilmədən imicində dəyişiklik edib.

Patrulaz.az “Daily Mail”ə istinadla xəbər verir ki, 28 yaşlı model Los-Ancelesdə dostları ilə şam yeməyi zamanı maqazin işçilərinin kameralarına tuş gəlib.

Görüntülərdə onun gəzinti üçün o, ağ crop top, aşağı belli cins şalvar və eyni rəngli pencək seçdiyi əks olunub. Model stilini günəş eynəyi və açıq rəngli idman ayaqqabısı ilə tamamlasa da, ən çox diqqət çəkən məqam saçlarını sarıya boyaması olub.

Qeyd edək ki, Bella Hadid 2022-ci ildə Paris Moda Həftəsində Coperni brendi üçün səhnədə paltarın bədəninə boya ilə çəkilməsi performansı ilə moda tarixində yadda qalıb.

O, “90-cı illərin ruhunu daşıyan model” kimi təsvir olunur və fərqli üslubu, minimalist görünüşü ilə seçilir. Hadid moda dünyasında təkcə gözəlliyi ilə deyil, həm də güclü şəxsiyyəti və fəallığı ilə tanınır.


Bənzər xəbərlər