media-inshot_20250714_085127108

Yeni nəsil pilotsuz uçuş aparatlarının hazırlanması üzrə ixtisaslaşan “FusionFlight” şirkəti ilk uçan yarış avtomobili olan “Axion” modelini ictimaiyyətə təqdim edib.

Patrulaz.az xəbər verir ki, bu barədə məlumat ixbt.com portalında yer alıb.

“Axion” modeli şaquli qalxma və eniş imkanına malikdir və səkkiz mikroturbin tipli reaktiv mühərriklə təchiz olunub. Bu texniki xüsusiyyət ona müxtəlif hava məkanlarında manevr etmək və müxtəlif tapşırıqları yerinə yetirmək üçün geniş funksionallıq qazandırır.

Məlumata görə, cihazın maksimal uçuş çəkisi 230 kiloqramdır və o, dizel yanacaqla işləyir. Ümumi təkan gücü 1097 Nm təşkil edir ki, bu da “Axion”a həm şaquli qalxma, havada süzülmə, həm də üfüqi istiqamətdə saatda 362 kilometr sürətə çatmaq imkanı verir.

Təhlükəsizlik baxımından da cihaz diqqət çəkir. Belə ki, mühərriklərdən biri sıradan çıxdıqda belə, yeddi mühərriklə təhlükəsiz eniş təmin olunur. Maksimal sürətlə uçuş zamanı cihaz 15 dəqiqəlik məsafə qət edə bilir. Rəsmi məlumatlara əsasən, “Axion” 10 kilometr yüksəkliyə qədər qalxa bilir.

Modelin ilk sınaq uçuşlarının bu ilin sonuna kimi keçirilməsi planlaşdırılır. “Axion” yalnız sifarişlə hazırlanacaq və ilkin satış qiyməti 290 min ABŞ dollarından başlayır.


Bənzər xəbərlər