media-d015535d-e4aa-4a48-9b9c-c09cfacf809e

Dünyanın bir çox ölkəsində metro stansiyalarında kitab guşələrinin yaradılması artıq geniş yayılmış və uğurla tətbiq olunan bir təcrübəyə çevrilib. Rumıniya, İspaniya, Çili, Gürcüstan və Türkiyə kimi ölkələrin metro stansiyalarında sərnişinlər üçün xüsusi “Səssiz Oxu Zonaları”, Bibliometro” layihələri və rəqəmsal kitab guşələri yaradılıb.

media-img_2590

Bu təşəbbüslər həm ictimai nəqliyyatda səmərəli vaxt keçirməyə imkan verir, həm də oxuma vərdişlərini cəmiyyətə aşılamaq məqsədi daşıyır.

Patrulaz.az-a daxil olan ictimai rəylərdə bildirilir ki, belə bir layihənin Bakı Metropolitenində də tətbiq olunması müsbət qarşılanar. Sərnişinlər, xüsusilə də gənclər, metroda keçirdikləri vaxt ərzində kitab oxuma imkanı qazansa, bu həm mənəvi inkişaf, həm də mədəni maarifləndirmə baxımından əhəmiyyətli nəticələr verə bilər.

Vətəndaşlar təklif edirlər ki, metro stansiyalarında fiziki kitab rəfləri və ya QR kod vasitəsilə elektron kitab yükləmə sistemi qurulsun. Oxucular kitabı stansiyadan götürüb, oxuduqdan sonra geri qaytara, yaxud telefona yükləyərək səfər boyu oxuya bilərlər.

media-img_2591
Kitab oxumaq – mədəniyyətin ilk addımıdır.

İstər metroda, istər avtobusda, istərsə də parkda… Əgər oxumağa şərait varsa, düşünən bir cəmiyyət formalaşar.

Günay Salayeva


Bənzər xəbərlər