“Dünyanın ümumi mənzərəsi ABŞ, Rusiya və Çin münasibətlərindən asılıdır“ - ŞƏRH OLUNDU
“Amerika Birləşmiş Ştatlarında baş verən siyasi proseslər bütövlükdə dünyanın siyasi düzəninə də təsir göstərir. Trampın seçkilərdə qələbə qazanması da dünyada müxtəlif istiqamətlərdə öz təsirini göstərəcək və biz bunun əlamətlərini görürük”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.
O bildirib ki, Avropa hesab edirdi ki, Rusiya-Ukrayna məsələsində Ukraynaya hərtərəfli dəstək göstəriləcək və Rusiya geri çəkilməyə məcbur ediləcək. Reallıq budur ki, bu artıq baş vermədi. Hazırda dünyanın iki ən böyük dövləti arasında konstruktiv dialoq zəmini mövcuddur. Donald Tramp artıq Vladimir Putinlə görüşünün anonsunu verdi və Rəsmi Ər-Riyadın bu istiqamətdə işlədiyini də vurğuladı. Dünyada yeni bir mənzərənin çox sürətlə formalaşdığını görəcəyik. Hesab edirəm ki, Rusiya Çinlə birlikdə əvvəlki kimi beynəlxalq proseslərdə fəal iştirak edəcək. Təbii ki, qatılırdı, lakin qərb dünyası Rusiyanı təcrid etmişdi. Dünyanın ümumi mənzərəsi ABŞ, Rusiya və Çin münasibətlərindən asılıdır. Ona görə də dünyanın gözü hazırda ABŞ-la Rusiya arasındakı münasibətlərin start vəziyyətindədir. ABŞ-İran münasibətlərində də hesab edirəm ki, yeni mərhələ başlayacaq. ABŞ Rusiya münasibətolərinin normallaşması kontekstində ABŞ-İran münasibətləri də normallaşacaq. Çünki bilirik ki, Rusiya ilə İran kifayət qədər sıx münasibətləri var”.