media-inshot_20260217_115612749

“Krediti, borcu olan yazsın, kömək edim”… Ərzağa ehtiyyacı olan yazsın, köməklik göstərim”… Son günlərdə sosial şəbəkələrdə, xüsusilə də TikTok-da bu cür elanlar paylaşan səhifələr çoxalıb…
Bütün məlumatları alan şəxs daha sonra nömrələri bloklayır. Səhifədəki videolara yazılan şərhlərdə isə bu şəxslərin qurbanı olanların sayının çox olduğu açıq-aydın görünür.

Patrul.az bu barədə vətəndaşlara tövsiyə və xəbərdarlıqlarını bildirməyi üçün İT mütəxəssisi Elvin Abbasova müraciət edib.

O qeyd edib ki, sosial şəbəkələrdə, xüsusilə TikTok-da rast gəlinən “borcların ödənilməsi” və ya “ərzaq yardımı” vədləri, əslində insanların çətin iqtisadi vəziyyətindən və emosional boşluqlarından istifadə edən peşəkar kiberdələduzluq sxemidir:

“Bu cür səhifələr yardım adı altında vətəndaşların şəxsiyyət vəsiqəsi məlumatlarını (FIN kod), telefon nömrələrini və bank kartı detallarını ələ keçirərək, onları gələcəkdə şəxsiyyət oğurluğu, adlarına qanunsuz kredit götürülməsi və ya bank hesablarının boşaldılması üçün istifadə edirlər. Məlumatlar alındıqdan sonra istifadəçinin bloklanması bu fəaliyyətin tamamilə saxta olduğunun və toplanan datanın qeyri-qanuni bazalara ötürüldüyünün ən bariz göstəricisidir”.

media-inshot_20260217_115011485

E.Abbasov vətəndaşlara öz tövsiyələrini də bildirib:

“Sosial media üzərindən tanımadıqları şəxslərə heç bir fərdi məlumatlarını və ya bank kodlarını təqdim etməsinlər, çünki real sosial yardımlar yalnız rəsmi dövlət qurumları və lisenziyalı bank mərkəzləri tərəfindən müvafiq hüquqi prosedurlar çərçivəsində həyata keçirilir. Bu növ şübhəli elanlarla qarşılaşdıqda onlarla ünsiyyətə girmək əvəzinə, səhifəni dərhal “Dələduzluq” (Scam) kateqoriyası üzrə şikayət etmək və rəqəmsal təhlükəsizlik qaydalarına riayət etmək vacibdir. Unutmaq olmaz ki, rəqəmsal məkanda təklif olunan “şərtisiz və sürətli yardımlar” çox vaxt daha böyük maddi və mənəvi itkilərin başlanğıcıdır”.

Ləman Sərraf


Bənzər xəbərlər