"Ehtiyyatlı olmalıyıq, əks hücumlarda şansımız var" - Kənan Məstəliyev
“Ehtiyyatlı olmaq lazımdır. Biz onları bir dəfə məğlub etmişik”.
Patrulaz.az xəbər verir ki, bunu Bakıda keçirilən “Qarabağ”la “Ferensvaroş” (Macarıstan) arasında başlayan cavab oyunu ilə bağlı Rekord.az saytının baş redaktoru Kənan Məstəliyev deyib.
O Qarabağ klubunun qalib olacağına ümid etdiyini bildirib:
“Bütün üstünlüklər bizdədir. Onlar narahatdırlar. Bizim əks-hücumlarımızda şansımız olacaq. Biri var ehtiyyatlı olmaq, biri də var qorxmaq. Ancaq ehtiyyatlı olmaq lazımdır. Biz onları bir dəfə meydanda məğlub etmişik”.
Xatırladaq ki, avqustun 19-da Macarıstanın paytaxtı Budapeştdə “Qarabağ” “Ferensvaroş”a 3:1 hesabla qalib gəlmişdi.






