media-inshot_20260417_102414797

Türkiyədə ard-arda baş verən məktəb insidentlərindən sonra ölkənin televiziya məkanında köklü dəyişikliklərə start verilib. Zorakılıq və cinayət mövzularını təbliğ etməkdə ittiham olunan bir neçə reytinqli serialın yayımı dayandırılıb və ssenarilərində təcili dəyişikliklər edilməsi qərara alınıb.

Patrul.az xəbər verir ki, xüsusilə “Yeraltı”, “Eşref Tek”, “ABİ” və “Taşacak Bu Deniz” seriallarının yeni bölümləri yayım proqramından çıxarılıb.

Prodüser şirkətləri bu həftə ərzində ssenarilərdəki zorakı səhnələri minimuma endirmək və məzmunu daha mülayim formaya salmaq üçün intensiv işlərə başlayıblar.

Sözügedən qərarın verilməsində əsas amillərdən biri də böyük şirkətlərin zorakılıq elementləri olan istehsallara reklam dəstəyini dayandırmasıdır. Brendlər cəmiyyətdəki gərginliyi nəzərə alaraq, bu cür layihələrdən maliyyə dəstəyini çəkmək niyyətində olduqlarını bəyan ediblər.

Bu kəskin addım Türkiyədə məktəblərdə baş verən silahlı hücumlardan sonra cəmiyyətdə yaranan narazılıq və dövlət qurumlarının xəbərdarlıqları fonunda atılıb. Mütəxəssislər hesab edir ki, televiziya ekranlarında zorakılığın adiləşdirilməsi gənclər arasında cinayətə meylliliyi artırır.

Hazırda serialların yeni formatda nə zaman tamaşaçı qarşısına çıxacağı dəqiqləşdirilir.

Xatırladaq ki, Türkiyədə ard-arda Şanlıurfa və Kahramanmaraşda məktəblərdə silahlı insidentlər baş verib. Kahramanmaraşda 8-ci sinif şagirdinin məktəbində törətdiyi qətliam nəticəsində 10 nəfər ölüb, 32 nəfər yaralanıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər