media-inshot_20250821_154248195

İnsanlar tarix boyu ağlın deyil, inancların gücü ilə qərarlar veriblər. Batil inanclar da bunun nəticəsidir. Yəni, qəribə inanclar təkcə Azərbaycanda deyil, başqa ölkələrdə də mövcuddur. Dünyanın müxtəlif yerlərində elə inanclar var ki, eşidəndə həm təəccüblənirsən, həm də özünü gülməkdən saxlaya bilmirsən.

Patrulaz.az dünya ölkələrində olan qəribə batil inanclar haqqında yazı hazırlayıb:

İtaliya – Zeytun yağı ilə “nəzər testi”

İtaliyanın bəzi bölgələrində “pis göz”dən qorunmaq üçün suya bir damcı zeytun yağı damızdırılır. Damcı suda yayılarsa, nəzər dəydiyinə inanılır.

Almaniya – Ad günü qabaqcadan təbrik olunmaz

Almanlarda ad günü hələ çatmadan “təbrik edirəm” demək uğursuzluq sayılır. Təbrik yalnız həmin gün və ya sonra edilməlidir.

İsveç – Hörümçək öldürmək olmaz

İsveçdə hörümçək öldürmək yağışa səbəb olur deyə inanılır. Ona görə insanlar çox vaxt evdə gördükləri hörümçəyi sadəcə çölə buraxırlar.

Çin – 4 rəqəminin lənəti

Çinlilər üçün “4” sözü “ölüm” sözünə çox bənzəyir. Buna görə liftlərdə 4-cü mərtəbə çox vaxt yoxdur, 3-dən birbaşa 5-ə keçir.

Türkiyə – Gecə saqqız çeynəmək olmaz

Türkiyədə inanclara görə, gecə saqqız çeynəsən, guya ölülərin ətini çeynəmiş olursan. Bu səbəbdən yaşlı nənələr hələ də gecə saqqız çeynəməyi qadağan edir.

Ruanda – Qadın və qoyun əti

Ruandada bir inanca görə, qoyun əti yeyən qadının sifətində tüklər bitir. Ona görə bəzi qadınlar bu ətə yaxın durmur.

Hindistan – Gecə dırnaq kəsmək uğursuzluqdur

Hindistanda dırnaqları yalnız gündüz kəsmək olar. Gecə dırnaq kəsmək kasıblıq gətirir deyə inanılır.

Qərb ölkələri – “Üç nəfər eyni kibritlə siqaret yandırmasın”

Əvvəlcə Birinci Dünya Müharibəsi dövründən qalan bu inanca görə, üç nəfər eyni kibritlə siqaret yandırsa, üçüncü adamın başına bədbəxtlik gələr.

Hər ölkənin özünəməxsus “uğur və uğursuzluq formulu” var. Sanki dünyanın hər yerində insanlar “taleyi aldatmaq” üçün kiçik qaydalar uydurublar.

Ləman Sərraf


Bənzər xəbərlər