Əqrəbli kokteyl: Kambocada turistləri heyrətləndirən içki
Kambocada təqdim olunan və “dünyanın ən təhlükəli kokteyli” adlandırılan bu içki sosial şəbəkələrdə və turistlər arasında böyük maraq doğurub. Qeyri-adi kokteylin tərkibi isə hər kəs üçün eyni dərəcədə cəsarət tələb edir: su, canlı əqrəblər və acı bibər.
Patrul.az-ın məlumatına görə, bu içkinin hazırlanması və içilməsi adi kokteyllərdən tamamilə fərqlənir. Əsas şərt ondan ibarətdir ki, əqrəb insanı sancmamış onu çeynəmək və daha sonra acı bibərlə birlikdə udmaq lazımdır. Məhz bu riskli proses içkini “ən təhlükəli” edən əsas amil hesab olunur.
Yerli sakinlər və bəzi turistlər bu kokteyli adrenalin dolu təcrübə kimi qiymətləndirir, lakin mütəxəssislər sağlamlıq baxımından bunun ciddi risklər daşıdığını bildirirlər. Əqrəb zəhəri və yüksək dərəcədə acı bibərin birlikdə istifadəsi orqanizm üçün təhlükəli nəticələr yarada bilər.
Buna baxmayaraq, Kambocadakı bu ekstremal içki ekzotik mətbəx və fərqli təcrübə axtaranların diqqət mərkəzində qalmaqda davam edir.






