Qarabağda yaşayan ermənilər kütləvi şəkildə Rusiya-Ukrayna müharibəsinə qoşulurlar - Hraparak
Son aylarda Qarabağda yaşan ermənilərinin kütləvi şəkildə Ermənistanı tərk edərək, Rusiya-Ukrayna müharibəsinə qatılması barədə məlumatlar yayılıb.
Patrulaz.az “Hraparak”da yayılan məlumata əsasən xəbər verir ki, ermənilərin yaşadıqları ərazindən uzaqlaşaraq, Rusiya-Ukrayna müharibəsinə qoşulmasına səbəb Paşinyanın sosial dəstək proqramını dayandırmasıdır.
Məlumatda həmçinin, müharibədə iştirak edənlərə madiyyat baxımından dəstək oldunduğu, o cümlədən Rusiya vətəndaşlığı verildiyi bildirilb:
“Ermənilər əsasən “Arbat” batalyonuna yazılır. Burada müqaviləli əsgərlərə yüksək maaş ödənilir, həmçinin müharibədə iştirak edənlərə və onların ailələrinə sürətlə Rusiya vətəndaşlığı verilir”.






