Ermənilərin Ağdərədəki saxta "tarixi kitab" təqdimatı ifşa edilib - VİDEO
İşğaldan azad edilən Ağdərə rayonu ərazisində yerləşən Gəncəsər (Qandzasar) monastırında çəkilən video material sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Patrulaz.az xəbər verir ki, “Bez tormozov” Telegram kanalının yayımladığı görüntülərdə qədim “erməni tarixi kitabları” ilə bağlı irəli sürülən iddiaların gerçəkliyi sual altına düşüb.
Videoda monastırda saxlanılan və XIII əsrə aid olduğu deyilən bir kitab diqqət çəkir. Bildirilir ki, bu kitab uzun illər siqnalizasiya və videomüşahidə sistemləri ilə qorunub, ona toxunmaq belə mümkün olmayıb.
Lakin kitabın səhifələri vərəqləndikdə yalnız ortasında bircə səhifənin olduğu, digər bütün səhifələrin isə tamamilə boş qaldığı üzə çıxıb. Bu hal həmin kitabın yalnız nümayiş məqsədilə hazırlanmış ola biləcəyini və ermənilərin saxtakarlığını bir daha ortaya çıxarıb.
Qeyd edək ki, bu ilk belə hadisə deyil. Əvvəllər də erməni tərəfinin bölgədəki tarixi abidələrlə bağlı reallığı əks etdirməyən məlumatlar yaydığı hallara rast gəlinib.






