“Ermənistan gec-tez Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtması ilə razılaşmalı olacaq”- DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Ermənistan dünyada yeganə ölkədir ki, əhalisinin 99 faizi bir millətdən, ancaq ermənilərdən ibarətdir və özləri dünyanın müxtəlif ölkələrində yaşayırlar”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, xaricdə yaşayan ermənilərin sayı Ermənistanda yaşayan ermənilərdən çoxdur: “Bu onların irqçi siyasətini göstərir. Qərbi Azərbaycan İcması əslən həmin torpaqdan olan insanların birliyidir. İcma əhalisi öz torpaqlarına qayıtmaq arzularını bildirirlər. Ermənistan isə buna etiraz edir, İcma ilə əlaqə qurmaqdan imtina edib və öz irqçi siyasətinə min cür bəhanə ilə haqq qazandırmağa çalışır. Lakin proses bu cür davam etməyəcək, Ermənistan gec-tez Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtması ilə razılaşmalı olacaq”.






